Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid ailələri üçün maarifləndirici-tur aksiya keçirildi – FOTO

122 Baxış

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində şəhid ailələrinin birinci maarifləndirici-tur aksiyası keçirildi.

Oxu.Az xəbər verir ki, maarifləndirici-tur aksiyada şəhid ailələri başda olmaqla Şəki şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin nümayəndələri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak ediblər.

Maarifləndirici-tur aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, bu cür maarifləndirici-tur aksiyanı həyata keçirməkdə əsas məqsəd şəhid ailələri, qazilərə, vətən müharibəsi iştirakçılarına ictimai, sosial, mənəvi dəstək verməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678