Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

221 Baxış

İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Bərdə rayon prokurorluğundan məlumat verilib. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678