Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dörd nəfər ilan sancması ilə toksikologiya şöbəsinə yerləşdirilib

129 Baxış

“Keçən həftədən bu günə qədər səkkiz nəfər dərman zəhərlənməsi ilə müraciət edib”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, iyulun 19-dan bu günə qədər regionlardan ilan sancması ilə bağlı müraciətlər daxil olub:

“İlan sancması ilə bağlı dörd nəfər müraciət edib. Onlara zərdab vurulub və ağırlaşma müşahidə olunmayıb. Onlar həkim nəzarəti altında saxlanılırlar. Allergik reaksiya ilə müraciət edənlərin sayı yeddi olub. Sirkə turşusundan zəhərlənmə ilə iki nəfər müraciət edib. Sözügedən müddət ərzində müraciət edənlər arasında ölüm halı olmayıb”.

A.Maqsudov onu da əlavə edib ki, bir nəfər əqrəb sancması ilə müraciət edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678