Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Karantin qaydalarını heçə sayan toy sahibləri cərimələndi

121 Baxış

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mahamalar və Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb. 

Aşkarlanan qayda pozuntuları ilə bağlı toy sahibləri inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 400 manat cərimələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678