Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Patı” satan şəxsin üzərində qumbara aşkarlandı – FOTO

136 Baxış

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb.

Axtarış zamanı həmin şəxsdən “patı” (metamfetamin) və üzərində daşıdığı sellofan torbadan bir ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

Keçirilən daha bir əməliyyat–axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb.

Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin məhz E.Qafurov olduğu müəyyən edilib.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678