Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistan parlament sədrindən TƏKLİFLƏR

130 Baxış

“Təklif edirəm ki, Azərbaycan, Pakistan və Türkiyəyə gələn hökumət nümayəndələri həmin ölkələrin parlamentlərinə gəlsin”. 

Oxu.Az xəbər verir ki, bunu Pakistan parlamentinin sədri Əsəd Qayseri Milli Məclisdə keçirilən görüşdə deyib.

Ə.Qayseri əlavə edib ki, koronavirusa qarşı mübarizə aparmaq üçün ölkələr səyləri gücləndirməlidir.

“Üçüncü təklifim odur ki, parlamentlər qanunları bir daha nəzərdən keçirib ticarətin təşviqi üçün münbit şərait yaratmalıdır. Dördüncü, bizim gözəl təbiətimiz və istedadlı insan resurslarımız var. Bu fürsətdən istifadə etmək bizim əsas prioritetimiz olmalıdır”,-deyə o əlavə edib. 

Parlament sədri mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib.

O təklif edib ki, Azərbaycan və Türkiyə Pakistanda mədəniyyət mərkəzləri yaratsın. 

Pakistanlı spiker əlavə edib ki, hər üç ölkə tələbə mübadiləsi həyata keçirməlidir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678