Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

124 Baxış

Ölkə prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin ərazi planlaşdırma layihələrini jurnalistlərə təqdim edib.

“Report”un məlumatına görə, A.Kərimov bildirib ki, layihələr Şuşanın yaşayış üçün daha münasib edilməsinə hesablanıb.

“Ərazi planlaşdırmasında nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması nəzərdə tutulub. Şəhərin Baş Planı təsdiqləndikdən sonra müvafiq işlər aparılacaq”, – deyə o qeyd edib.

“2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur”.

Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliklinika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678