Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaqut Qarayeva: “Tibbi tullantıların məsuliyyətsiz ayrılması digər insanları riskə ata bilər”

115 Baxış

“Tibbi tullantıların ayrılması adətən xəstəxana daxilində gedir və bu, bizim işimizdir. İşimiz xəstəxanada tibbi tullantıları düzgün ayırmaqdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, təəssüf ki, xəstəxanalarda tibbi tullantıların düzgün ayrılması məsələsində ciddi problemlər var:

“Tibbi tullantıların ayrılmasının xüsusi təlimatları var. Belə ki, xəstədən gələn və xəstə ilə təmasda olan hər bir tullantı infeksion hesab edilir. Xəstəxana daxilində, ofis və idarəetmə otaqlarında, xəstə ilə təmasda olmayan şəraitdə əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantıları sayılır.

Bundan əlavə xəstəxanalarda kəsici-deşici alətlərin tullantıları risk daşıyır. Məsələn, bir iynənin zibil torbalarına plastik qablardan istifadə edilmədən atılması həmin tullantıların utilizasiyası ilə məşğul olan şəxslər üçün ciddi risk deməkdir. Bu kimi tullantıların atılmasında deşilməyən plastik qablardan istifadə olunmalıdır. Bu, bizim payımıza düşən hissədir.

Ökəmizdə tullantıların daşınmasında da ciddi problemlər var. Bütün dünyada, bu bələdiyyə və ya başqa qurumlar tərəfindən həyata keçirilir. Bu, xəstəxananın özünün daşıya biləcəyi yük deyil. Hər bir xəstəxananın özünün topladığı tullantıları utilizasiya etməsi müəyyən problemlərə səbəb ola bilər. Bunun ekoloji tərəfləri var, standartlar olmalı və tənzimləmənlidir. Xəstəxana tullantıları toplamalı və müvəqqəti olaraq saxlanc yeri təşkil etməlidir. Utilizasiya prosesi və daşınması xəstəxanaların səlahiyyətinə aid deyil”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678