Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın e-ticarət saytına xaricdən ən çox toyuq əti ilə bağlı sifariş daxil olub – FOTO

112 Baxış

2021-ci ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 236,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

2021-ci ilin iyun ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42,3 milyon ABŞ dolları təşkil edib. Bu zaman ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 432 milyon ABŞ dolları təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678