Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiyanın dördüncü dalğası Azərbaycana da gələ bilər – AÇIQLAMA

110 Baxış

Çox istərdim bu mövzuda pozitiv danışaq. Lakin, təəssüf ki, Azərbaycana pandemiyanın dördüncü dalğası gələ bilər.

Oxu.Az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində infeksionist Ləman Qalimova məlumat verib.

O bildirib ki, mütləq şəkildə diqqətli olmaq lazımdır:

“Pandemiyanın dördüncü dalğası daha da aqressiv formada ola bilər. Belə ki, əgər “Delta” ştammı kimi aqressiv ştammlar yaranarsa, yoluxma daha sürətlə olacaq. Lakin, vaksinasiya prosesində iştirak edən şəxslərin yoluxma şansı çox az olacaq. Amma bütün hallarda yoluxma ehtimalı mümkün ola bilər”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678