Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qubada “Şəhidlər” xatirə-kompleksinin açılışı olub – FOTO

148 Baxış

Quba rayonunda “Şəhidlər” bulağı xatirə-kompleksinin açılışı olub.

“Report” xəbər verir ki, bulaq rayonun Qam-qam kəndində istifadəyə verilib.

Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qam-qam kəndi Birinci Qarabağ müharibəsində 4 nəfər  şəhid verib (Mübariz Abdullayev, Azad Hidayətov, Xanlar Məmmədov, Münasib Osmanov). Kənd orta məktəbi şəhid Mübariz Abdullayevin adını daşıyır.

Vətən müharibəsində isə kəndin iki sakini – baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.

Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla Quba rayonundan 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Onlardan 2-si şəhid olub, digər 2 nəfəri isə hərbi xidmətlərini davam etdirir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678