Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda “Man” “KamAZ”a çırpılıb, ölən və yaralananlar var

111 Baxış

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Man” markalı yük avtomobili qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

“KamAZ” sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində “Man” markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə “KamAZ”da olan Salyan rayonu Şorsulu kənd sakinləri – 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678