Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

23 yaşlı gənc qəzada ağır yaralandı

107 Baxış

Zaqatalada 23 yaşlı gənci avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Zaqatala rayonu, Bəhmənli kənd sakini, 1967-ci il təvəllüdlü Mahir Seyfulla oğlu Qasımov idarə etdiyi “VAZ 21214” markalı minik avtomobili ilə hərəkətdə olarkən, Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Natiq Musayevi vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan Natiq Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678