Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil naziri: “Biz deyə bilmərik ki, az bal toplayan müəllimlərin biliyi zəifdir”

103 Baxış

“Müəllimləri başa düşməlidir ki, işə qəbul imtahanında suallar çətin olsa da, ədalətsiz təşkil edilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmruyllayev bildirib.

Onun sözlərinə görə, MİQ-in müsabiqəsində ibtidai sinif üzrə 41-60 bal aralığında bal toplayanların sayı 3 920 nəfər olub:

“Riyaziyyat fənni üzrə cəmi üç nəfər 56-60 bal yığıb. İngilis dili fənni üzrə bu nəticəni göstərən olmayıb. Bunlar ilkin nəticələrdir. Biz deyə bilmərik ki, az bal toplayan fənn müəllimlərinin biliyi zəifdir”.

Nazir qeyd edib ki, MİQ imtahanların məqsədi daha hazırlıqlı olanları məktəbə işə qəbul göstərməkdir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678