Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sərxoş kişinin ruhi xəstə qadını döyərək zorlaması ilə bağlı rəsmi AÇIQLAMA

113 Baxış

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qax rayonunun Turaclı kəndində sərxoş kişinin ruhi xəstə qadını döyərək zorlaması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar:

“Qax Rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb.

Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir. Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri altında törətdiyini bildirib”.

“Dövlət komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək”, – deyə o qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678