Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik toy məclislərində sənədləri yoxlanılan qonaqların sayını AÇIQLADI

112 Baxış

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları bu günədək 1 850 obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinqlər zamanı bəzi obyektlərdə sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İndiyədək keçirilən monitorinqlər zamanı şənliklərdə iştirak edən 225 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onlardan 23 min nəfərdə nöqsanlar aşkar edilib.

Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparılıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib.

Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678