Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib – FOTO

112 Baxış

Dünən qumbara partlaması nəticəsində dünyasını dəyişən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərovla vida mərasimi keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Qeyd edək ki, E.Səfərov iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678