Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib – FOTO

112 Baxış

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi yaşayış evində təşkil edilən toy mərasimində karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80 nəfərə yaxın qonağın iştirak etdiyi aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678