Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xızıda ilanlar sakinin həyətinə girib, onlardan biri ev sahibini sancıb

142 Baxış

Xızı rayonunda sakini ilan sancıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Giləzi qəsəbəsində qeydə alınıb.

İlan 1985-ci il təvəllüdlü Afiq Şahid oğlu Hüseynovu sancıb.

A.Hüseynov təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə, Toksikologiya Mərkəzinə çatdırılıb.

A.Hüseynov həkimlərə bildirib ki, həyətdə bir neçə ilanı öldürsə də, ilanlardan biri onu sancıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678