Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda inflyasiya artıb – RƏSMİ

121 Baxış

Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 104,5 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb.

Bildirilib ki, 2021-ci ilin iyul ayında istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 100,9 faiz olub. Bu isə aylıq müqayisədə qiymətlərdə 0,9 faizlik artım qeydə alındığını göstərir. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki ilin iyul ayına nisbətən 106 faiz təşkil edib ki, bu da 6 faizlik qiymət artımı deməkdir. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678