Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda şadlıq saraylarının icarədarları cərimələndi – FOTO/VİDEO

135 Baxış

Cəlilabadda üç şadlıq sarayı cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan üç toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Səbinə”, “Dəniz”, “Gənclik” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı 150 nəfərdən artıq qonağın iştirak etdiyi, bəzilərinin COVID pasportu olmadığı, eləcə də xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub.

Həftəsonu fərdi evlərdə təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun Korarx, Qaradeyin, Yenicə, Ağzıbir, Qobuüstü, Binələr və Qoşaqovaq kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Həmin şadlıq saraylarının sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678