Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İyulda DMX-də 27 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatdan keçib

131 Baxış

Bu ilin iyul ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 9850 müraciət edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, müraciətlər müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 27 113 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 808 qərar qəbul olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678