Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ: Region restoranlarında yeni xidmət təklif edilir – FOTOREPORTAJ

135 Baxış

Dövlət Turizm Agentliyi tərəfindən mediatur çərçivəsində Bakı-Şimal-Qərb dəhlizinin təqdimatı keçirilib. 

Təqdimat çərçivəsində 2020-2021-ci illərdə Azərbaycanda yaradılan yeni turizm məhsulları barədə məlumat verilib, həmçinin regionlarında yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək məqsədilə yeni yaradılmış “Mymenu” platforması təqdim edilib. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Bakı-Şimal-Qərb dəhlizi çərçivəsində ölkədaxili böyük magistral yollarda 150 obyekt yenidən qurulub. 

Onun sözlərinə görə, layihə ilə bağlı iş adamları və sahibkarlarla birgə konsultasiyalar edilib:

“Burada sanitar qovşaqlar tikilib. Bildiyiniz kimi məsələ ilə bağlı problemlər çox idi. Yol kənarında öz məhsullarını satan insanlar var idi. Biz onlar üçün də infrastruktur yaratdıq ki, onların imkanları genişlənsin”. 

Dövlət Turizm Agentliyin baş arxitektoru və və Bakı-Şimal-Qərb dəhlizi layihəsi üzrə koordinator Nizami Qasımov isə əlavə edib ki, turizm və iaşə obyektlərinin yenidən qurulması ilə bağlı layihənin həyata keçirilməsinə yerində nəzarət olunub:

“Biz bu tikililərin memarlıq cəhətdən də müasir standartlara cavab verməsinə nəzarət etdik. Obyektlər dövrün tələblərinə uyğun dəyişdirilməlidir”.

O bildirib ki, layihə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Agentliyi ilə birgə bu yollara baxış keçirilib:

“İlkin olaraq dörd rayonda – Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, daha sonra Binəqədi və Abşeronda 400 obyekt təsbit olundu, onlardan 280-ə yeni layihə verildi. 120 obyekt isə həm sənədsiz olduğuna, həm də təhlükəli yerdə olduğundan biz vətəndaşlara başqa yer verdik, həmin obyektlər isə söküldü. 150 obyektin yenidənqurması isə tam yekunlaşıb. Marketlərdə hələ də işlər gedir. Layihə çərçivəsində yol kənarındakı dayanacaqlar da bərpa olunub”.

Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov isə yeni istifadəyə verilmiş “Mymenu” platforması barədə məlumat verib:

“Bu layihə turistlərin onlayn şəkildə menyulara əlçatanlığını artırmağa, pandemiya dövründə kağız menyulardan istifadəni azaltmaq və xidmət səviyyəsini artırmağa, restoranları müasir menyularla təmin etməyə yönəlib. Belə ki, QR kod vasitəsilə onlayn şəkildə müvafiq turizm obyektinin və restoranın menyusuna əlçatanlıq təmin edilib. Layihə çərçivəsində regionlarda yerləşən 50 restoranın sahibi ilə görüşüb onlara ilkin treyninq keçməklə zövqlərinə uyğun menyular tərtib edilərək təqdim edilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678