Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zibil anbarına çevrilən kənd küçə itləri üçün oylağa çevrilib – VİDEO

135 Baxış

Xaçmazda yerləşən məişət tullantıları poliqonunda zibil qoxusunun ətrafa yayılması sakinlərin narazılığına səbəb olur.

Baku TV xəbər verir ki, rayonunun Hacıəlibəy kəndinin sakinləri əraziyə atılan heyvan cəsədlərinin ətrafa yaydığı kəskin iydən evdə oturmağın, hətta yoldan keçməyin belə mümkün olmadığını deyirlər. 

Kəsilən heyvanların qalıqlarının da məhz bura atılması ərazini həm də sahibsiz itlərin oylağına çevirib. Vətəndaşlar bir yandan üfunət qoxusundan, digər tərəfdən də itlərin əlindən zara gəliblər. Dediklərinə görə, dəfələrlə sayları günü-gündən artan sahibsiz itlərin hücumuna məruz qalıblar. 

Yaranan mənzərə xüsusilə yaxınlıqda yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Onlar əraziyə zibil qutularının qoyulmasını, həmçinin tullantıların vaxtı-vaxtında daşınmasını istəyirlər. Vətəndaşların üzləşdikləri bu xoşagəlməz vəziyyətə aydınlıq gətirmək məqsədilə kənd bələdiyyəsinin qapısını döydük. Bələdiyyə sədri ərazini elə sakinlərin özlərinin zibil poliqonuna çevirdiyini bildirdi. Bununla belə, məişət tullantılarının daşınacağına, yaxın günlərdə ərazinin təmizlənəcəyinə söz verdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678