Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə çörəkbişirmə sexində yanğın olub

112 Baxış

Gəncə şəhərinin Süleyman Rəhimov küçəsində yerləşən çörəkbişirmə sexində yanğın baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Alov söndürülüb və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678