Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağır koronaviruslu xəstələrin yerləşdirildiyi reanimasiyadan VİDEOREPORTAJ

131 Baxış

Bütün dünyanı bürüyən koronavirus bəlası ölkəmizdə də davam etməkdədir.

Baku TV bir il sonra COVID xəstələrinin müalicə aldığı xəstəxanada olub.

Koronaviruslu xəstələrin müalicə edildiyi xəstəxananın reanimasiya şöbəsində vəziyyət heç də ürək açan deyil. Burada həkimlərin təlaşını, xəstələrin iniltisini və müalicə aparatlarının səsini eşitməmək mümkün deyil.

COVID xəstələrinin hamısı nəfəs darlığı yaşayırlar və həkimlər bu xəstələri yenidən həyata qaytarmaq, ailələrinə qovuşdurmaq üçün çalışırlar. 

Hər kəs bir obraz yarada bilər, amma hər kəs qəhrəman ola bilməz. Burada olanlarsa, obrazlı qəhrəmanlardır. Əsas rollar isə insanların həyatını xilas etməkdir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678