Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oğuzda dağlıq ərazidə yanğın baş verdi

155 Baxış

Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində də yanğın hadisəsi baş verib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib.

O qeyd edib ki, bir qrup əməkdaş Oğuzdakı yanğının, digər qrup isə Qəbələdəki yanğının söndürülməsinə çalışır. Hazırda hər iki rayonda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Lakin küləyin güclü olması yanğınların söndürülməsinə çətinliklər yaradır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678