Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdəmirdə avtomobil körpüdən aşıb, xəsarət alan var – FOTO

115 Baxış

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomaşının sürücüsü Hüseynov Eldəniz Ramiz oğlu dönmə əməliyyatı edərkən onunla eyni istiqamətdə hərəkət edən rayon sakini Əhmədov Nicat Rafiq oğlunun idarə etdiyi “Hyundai” markalı avtomaşınla toqquşaraq körpüdən aşağı düşüb.

Hadisə zamanı “Hyundai”ın sürücüsü müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı həkim nəzarətinə götürülb. Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678