Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yaşıllıqdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərildi

120 Baxış

Yaşıllıq ərazidə baş verən yanğınla bağlı toplanmış sənədlər prokurorluğa göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib. 

O bildirib ki, bir neçə gün əvvəl Xətai rayonu, Vunq-Tau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb. 

Yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb. 

Yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678