Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Narkotacirlər SAXLANILDI: Aralarında qadın da var – FOTO

118 Baxış

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Borsunlu kənd sakini Elçin Vəliyev polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evindən bir ədəd elektron tərəzi və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.

Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı müvafiq polis şöbələrində araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678