Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məsciddə şəhidlərin xatirəsi əbədiləşdirildi

111 Baxış

Məşədi Dadaş məscidində burada ibadət etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin adlarının həkk olunduğu barelyef asılıb.

Oxu.Az-ın məlumatına görə, məscidin girişində yerləşdirilmiş abidədə vaxtilə burada həm xidmət göstərmiş, həm ibadət etmiş Ələsgərov Ələkbər, Vəliyev Oruc, Əsgərov Rauf, Əliyev Rüfət, Nəcəfov Əli, Qasımov İsmayıl, Abdullayev Sənan, Mirzəyev Mahir, Əliyev Camal və Alxaslı Rəvanın adları yazılıb.

Məscidin dini icmasının və icmanın üzvü olan qazilərin təşəbbüsü ilə hazırlanan barelyefin açılışı Məhərrəm ayının ilk gününə salınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678