Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xəzər günü” ilə bağlı maarifləndirici tədbirlər keçirilib – FOTO

114 Baxış

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə aksiyalar təşkil edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Novxanı qəsəbəsinin dəniz sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib. Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib. 

Ümumiyyətlə, “Xəzər günü” ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.

“Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”. 
Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. 

“Xəzər günü” ilə bağlı keçirilən tədbirlərdə yanımızda olan, aksiyalarda fəal iştirak edən EkoSfera-Sosial Ekoloji Mərkəz, “Yaşıl ASAN” Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “AzEkol” MMC, Xəzər Dəniz Neft Donanması, Dənizkənarı Bulvar İdarəsi, İSR Holdinq, iştirakınıza və dəstəyinizə görə çox sağ olun!”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678