Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaqatalada mağaza yandı, satıcı həyatını itirdi

108 Baxış

Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.

APA xəbər verir ki, hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.

Yanğın zamanı mağazada satıcı işləyən gənc müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıb. Gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı ağır yanıq xəsarətlərindən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678