Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Danışıqlar nə qədər uzun sürərsə, Paşinyan üçün bir o qədər yaxşı olacaq” – Trofimçuk

143 Baxış

İrəvan hər şeydən danışır, amma danışıqlarının məğzi boşdur. Buna görə də Paşinyan sərhəd problemi də daxil olmaqla, hər şeyi müzakirə etməyə və imzalamağa hazırdır. Danışıqlar nə qədər uzun sürərsə, onun üçün bir o qədər yaxşı olacaq.

Turanmedia.az KONKRET.az-a istinadənxəbər verir ki, bu sözləri xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, ermənilər, əslində, heç müharibəyə getmək istəmir, amma onlara sülhü bəxş edəcək müqavilədən də çəkinirlər: “Həm istəyirlər, həm də qorxurlar”.

Robert Koçaryanın fraksiyası və “Daşnaksutyun”un İrəvanda keçirəcəyi etiraz aksiyasına toxunan Trofimçuk bildirib ki, Ermənistanın sabiq prezidenti ilk olaraq Moskvanın təşəbbüslərini dəstəkləməlidir, əks təqdirdə onu ikili oyunda günahlandıracaqlar:

“Moskva Ermənistan daxilində sabitliyin pozulmasını istəmir. Paşinyana küçə üsulları ilə etiraz etmək daha əvvəl lazım idi. Koçaryan isə vəziyyəti dəyişmək üsulları ilə ikiqat haqsız görünür”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678