Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qərb bölgəsi üzrə gənclərin natiqlik çempionatı” layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirildi.

112 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi “Vətəndaş Cəmiyyətində Debat” İB-nin tərəfdaşlığı, Gəncə Gənclər Evinin dəstəyi ilə ilə keçirilən “Qərb bölgəsi üzrə gənclərin natiqlik çempionatı” lahiyəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirildi.

Finalda gənclər vətən müharibəsinə həsr olunmuş – “Ölkələrarası münaqişələrin həllində diplomatiya siyasəti hərbi gücdən üstün tutulmalıdır” mövzusunda müzakirələr aparıblar.

Təsdiq tərəfdən “Petrichor”, inkar tərəfdən “Legenda” komandasının mübarizə apardığı final oyununda daha uğurla çıxış edən ”Legenda” komandası forumun qalibi adına layiq görüldü.

Forum ən yaxşı natiqləri:
I yer – Samirə Şərifova
II yer – Ömər Sadıqov
III yer – Anar Atakişiyev
IV yer – Dilarə Cəlilova
V yer – Xalid Xəlilov
VI yer – Yusif Əliyev

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Gəncə Gənclər Evinin əməkdaşı Şəhliyar Hacıyev Gəncədə debat fəaliyyətinin tarixindən, hazırkı vəziyyətindən və Gənclər evində gənclər üçün yaradılan imkanlardan danışdı.

Daha sonra çıxış edən Gəncə Regional Debat Mərkəzinin sədri Gündüz Əliyev mərkəzin fəaliyyətindən və uğurlarından söz açdı.

Layihə rəhbəri Akif Ağalarov çıxışında Gənclər Fondunun fəaliyyətindən danışaraq gənclər üçün yaradılan imkanlara görə təşəkkürünü bildirdi.

Sonda çıxış edən layihənin ekspert-təlimçisi Etiram Sadıqzadə layihə çərçivəsində daha əvvəldən Gəncə, Şəmkir və Qazaxda keçirilən təqdimat, təlimlər haqqında məlumat verdi.

Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi.  //Turanmedia.az

#AzGF #GenclerFondu #DVC #azdebate #GGE #GRDM #NatiqliyimIZ


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678