Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

PUA-larımızla Azərbaycanda, Qarabağda varıq – Ərdoğan

186 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə rayonundakı Milli Parkın açılış mərasiminə qatılıb.

Turanmedia.az Nocomment.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən dövlət başçısı ölkəsinin xarici siyasətdəki uğurlarını dilə gətirib. O, Türkiyənin öz PUA-ları ilə Azərbaycanda, xüsusilə də Qarabağda mövcudluğunu diqqətə çatdırıb.

“Diplomatiyadan tutmuş hərbi sahədəki uğurlaradək bir çox sahələrdə Türkiyənin nüfuzunu, gücünü dost və düşmənlərə qəbul etdirdik. PUA-larımızla artıq hər yerdə varıq. Liviya varıq, Azərbaycanda varıq, Qarabağda varıq”, -deyə Ərdoğan bəyan edib.

O, həmçinin Suriyada terrorçularla mübarizəni davam etdirəcəklərini də bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678