Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda iki azyaşlı övladı olan qadın İNTİHAR ETDİ

134 Baxış

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Turanmedia.az-ın Konkret.az-a istinadən məlumatına görə, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678