Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

60 erməni hərbçi Qaragöl ətrafında mühasirəyə düşdü – ƏTRAFLI

117 Baxış
Ermənistanın müdafiə nazirinin səfəri 60-a yaxın erməni hərbçinin Qaragöl gölündə mühasirəyə alınması ilə yadda qalıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl ətrafına köçməyi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb.

O, atıcı silahlar və müntəzəm döyüş sursatları ilə təchiz edilmiş 60 nəfər erməni hərbçisinin iki “KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.

Ermənistan müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli imişlər. Yolu metal tor konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qəti cavabı ilə üzləşən erməni hərbçilər geri çəkilməyə məcbur olub.

Yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb.
Qabionlar quran erməni əsgərləri sonrakı hərəkətlər üçün heç bir planları olmadığından dayanmağa məcbur olublar. Arxa cəbhə ilə əlaqələri kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər.

Hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey zinvorların əsgərlərimizə onları yedizdirmək və içmək üçün acınacaqlı xahişləri ilə başa çatıb.

Rusiya sərhədçiləri Azərbaycan komandanlığına müraciət etdikdən sonra erməni hərbçilər tək-tək üzləri Azərbaycan ordusuna tərəf geri addımlayıblar.
Erməni hərbi komandanlığı bu cür tələsik hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atırlar.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678