Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni hərbçiləri aparan avtomobil aşdı: Ölən və yaralılar var

118 Baxış
Zəngəzurda erməni hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

Turanmedia.az-ın məlumatına görə, KONKRET.az Shamshyan.com-a istinadən xəbər verir ki, İrəvan-Mehri yolunun 222-ci kilometrliyində yoldan çıxan avtomobil bir neçə dəfə aşıb.

Nəticədə 50 yaşlı erməni hərbçi David X. ölüb, 30 yaşlı hərbçi Arut M. və sürücü xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onların hamısı Ermənistan Müdafiə Nazirliyinin eyni hərbi hissəsində xidmət ediblər.

Faktla bağlı araşdırma aparılır.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678