Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türk nazir: Dünyaya ixrac həcmi 11 dəfə artıb

111 Baxış

Bildiyiniz kimi, Türkiyə ilə türk cümhuriyyətləri arasında qədim tarixi-mədəni bağlara əsaslanan çox güclü əlaqələr mövcuddur. Bizim əsas məqsədimiz sahib olduğumuz bu köklü əlaqələri iqtisadi və ticarət sahəsində daha da genişləndirməkdir. Ümid edirəm ki, hazırkı əlaqələrimizin qiymətləndiriləcəyi bu konfrans türk dünyasının gələcəyi ilə bağlı ortaq baxışın müəyyənləşdirilməsinə töhfə verəcək.

Turanmedia.az Axar.az- istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin ticarət naziri Mehmet Muş İstanbulda keçirilən “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nda ifadə edib.

Qeyd edilib ki, Türkiyə və türk respublikaları olaraq dünya ilə ticarət həcmi 1992-ci ildə 55 milyard dollar idisə, 2020-ci ildə bu rəqəm təxminən on dəfə artaraq 545 milyard dollara çatıb. 1992-ci ildə dünyaya ixrac cəmi 23,5 milyard dollar olduğu halda, 2020-ci ildə bu rəqəm təxminən 11 dəfəyədək artıb:

“Qardaş ölkələr olaraq məqsəd qarşılıqlı əlaqəni artırmaq, ticarəti asanlaşdırmaq və bir-birini tamamlayan iqtisadiyyatlarımızın təklif etdiyi imkanlardan istifadə edərək dinamik ticarət sahəsi qurmaqdır. Türkiyə və türkdilli dövlətlər olaraq 2019-cu ildə dünyaya xidmət ixracı 79,3 milyard dollar olduğu halda, 2020-ci ildə ortaya çıxan pandemiya şəraiti ilə bu rəqəm 44,2 milyard dollara qədər azalıb. Pandemiya dövrü ərzində “e-ticarət”in ön plana keçib, 2020-ci ildə qlobal “e-ticarət”in həcmi 4,2 trilyon dollara çatıb”.

Türkdilli ölkələr arasında yükdaşıma və nəqliyyat sahələrinə toxunan nazir Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə əldə edilən imkanları birlikdə inkişaf etdirmək təklifini irəli sürüb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678