Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MN: “Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasında maraqlı deyil, qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək”

113 Baxış

“Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.

Turanmedia.az-ın APA-ya istinadən məlumatına görə, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: “Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678