Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

103 Baxış
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Xüsusilə Suriyadakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678