Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan MN: 12 əsgərimiz Azərbaycana əsir düşdü

109 Baxış

Xəbər verdiyimiz kimi, bu gün dövlət sərhədində Ermənistan Silahlı Qüvvələri təxribata cəhd edib və düşmən çevik cavab tədbirləri nəticəsində geri oturdulub, bir neçə hərbi texnikası məhv edilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi isə qarşıdurma zamanı 12 əsgərinin əsir düşdüyünü bildirib.

Nazirlik ölən erməni hərbçilərinin sayının isə dəqiqləşdirildiyini vurğulayıb.

 

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədində erməni ordusu təxribatlar törədib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində qarşı tərəfin hərəkətinin məhdudlaşdırıldığı, onun qüvvə və vasitələrinə zərər vurulduğu və erməni hərbçiləri tərk-silah edilərək saxlanıldığı, xeyli sayda müxtəlif çaplı silahın və külli miqdarda sursatın qənimət kimi ələ keçirildiyini bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678