Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

VHP-dən sərt mövqe: Rus “sülhməramlıları” bölgəni tərk etsin

110 Baxış

“Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik”

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitliyin, sülhün pozulmasına yönələn addımların qarşısının alınmasını tələb edir.

 

Partiyanın bəyanatında bildirilir ki, Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, “sülhməramlı” adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur.

 

Həmçinin qeyd olunur ki, Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur.

 

“Rusiya son illərdə himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasını çağırır. Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678