Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Liseydə “Zəfərə gedən yol”adlı tədbir keçirildi.

235 Baxış

Turanmedia.az xəbər verir ki, Milli Qəhrəman Ruslan Muradov adın Mingəçevir Texniki humanitar liseydə “Zəfərə gedən yol”adlı möhtəşəm tədbir keçirilib. Tədbir liseyin ən gözəl məkanında böyük foyesində yaradılmış “Zəfərə gedən yol”adlı güşənin önündə təşkil olunub.Güşədə ta 1905 ildən bu günə qədər şanlı azərbaycan ordusunun keçdiyi zəfər yolu işıqlandırılıb. Tədbirə qatılan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ,vətən müharibəsinin qaziləri,təhsil şöbəsi,məktəb direktorları,şəhid ailələri hər bir kəs yaradılmış güşə ilə yaxından tanış olublar. Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.Sonra liseyin direktoru Nailə Məmmədova çıxış edərək tədbirin keçikmə səbəbini pandemiya ilə əlaqəli olaraq liseyin karantində olduğunu bildirmişdir.Daha sonra tədbir iştirakçılarını müzəffər şanlı ordumuzun cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, Zəfər tarixi münasibətilə təbrik etdi.Bildirdi ki, İlk qələbə sevincini yaşadıq. Dayanmadıq,durmadıq, irəlilədik.Sevinc göz yaşları bizi boğdu. Bir gözümüz güldü, o biri gözümüz ağladı. Axı müharibə itkisiz ölmur. Biz də bu itkidən yan ötmədik.

 

Elə igid, vətənpərvər oğullar yetişmişdi ki, onlar ölümün gözünə dik baxaraq döyüş meydanına sevinclə, gülə-gülə, mahnı oxuya-oxuya, dastan yazaraq getdilər. Belə oğulları olan ölkə heç zaman məğlub olmaz.Biz bu gün şəhidlərin sayəsində başımızı dik tuturuq. Bu zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir , qazilərimizə can sağlığı arzulayırıq”.

Daha sonra şəhərin İcra başçısı İlham İsmayılov öz çıxışında rəşadətli Azərbaycan Ordusunun gündən-günə inkişaf etməsindən, qüdrətlənməsindən söz açıb.Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar. Həmişə arzular edirdik Qarabağla bağlı indi arzuya qoşuşmuşuq artıq – dedi.

Tədbirdə şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər,kiçik kompozisiyalar nümayiş etdiriblər.Daha sonra məktəbdə şəhidlərin adına yaradılmış sinif otaqlarına baxış keçirilib.

Sonda şəhidlərin ruhuna ehsan (çay) süfrəsi verilib.

Esmira Hidayətova,Mingəçevir. //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678