Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yevlaxın sahibsiz itlər problemi həll olunmur.

169 Baxış

Turanmedia.az xəbər verir ki, Yevlax şəhərində sakinlər sahibsiz itlərin əlindən təngə gəldiklərini bildirirlər. Onlar daha çox məktəbə gedən az yaşlı uşaqlarına görə narahatlıqlarını bildirirlər. Bununla bağlı bir neçə şəhər sakini saytımiza müraciət edərək bu problemin işıqlandırılmasını istəyiblər. Şəhər sakini Samir Əliyev bildirir ki,günün hər saatında sürü ilə gəzən sahibsiz itlərlə qarşılaşırıq:”Bu günlərdə uşağı məktəbə apararkən itlərin hücumuna məruz qalacaqdıq.Sanki onlar quduzlaşıb. Biz demirik ki,onları öldürsünlər,onlarda canlıdır.Sadəcə olaraq bu itlər zərərsizləşdirilməlidir.Yevalx şəhər İcra Hakimiyyətinin saytına bu barədə məlumat da göndərim .Lakin heç bir cavab almadım.Xahiş edirəm aidiyyəti qurumlardan bu məsələ ilə maraqlansınlar. Axşam tərəfi saat 5 radələrindən sonra sahibsiz küçə itləri sanki fəallaşırlar. Hamımıza yaxşı məlumdur ki,insanların quduzluğa yoluxmasının əsas mənbəyi itlərdir.Biz övladlarımızı məktəbə tək yola sala bilmirik ailədən kimsə uşaqla gedib-gəlməlidir”.

Şəgəirn digər sakinləri də deyir ki,sahibiz heyvanlarla bağlı ən böyük problem onların sayına nəzarət olmamasıdır. Onlar birlirirlər ki,bu itlər günü-gündən çoxalır və hətta şəhərin mərkəzi küçələrində sürü ilə gəzirlər.

Qeyd edək ki, sahibsiz itlərin ayrı-ayrı yaşayış sahələrindən kənarlaşdırılması və sığınacaqlarda yerləşdirilməsi isə qanunvericiliyə uyğun olaraq, şəhər-rayon icra hakimiyyətlərinin tabeliyində olan aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Bu qurumlar isə bu məsələyə biganə yanaşırlar.

Esmira Hidayətova,Yevlax. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678