Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanımışıq

112 Baxış

Azərbaycan və Ermənistan MDB çərçivəsində 1991-ci ildə qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıblar.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda “Sputnik”in sualına cavab olaraq deyib.

O bildirib ki, demarkasiya və delimitasiya, Qarabağ, kommunikasiya xətləri ayrı-ayrı metodiki müzakirə tələb edən məsələlərdir:

“Ermənistan və Azərbaycan rəhbərliyi 1991-ci ildə MDB-nin sənədlərinə əsasən ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Bu, Qarabağ probleminin olmaması demək idimi?” //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678