Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb

375 Baxış

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Turanmedia.az xəbər verir ki, APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq problemlər müzakirə olunub.

“Vladimir Putin Şarl Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Məhz bu məsələlərə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə baxılması planlaşdırılır”, deyə Kremlin məlumatında qeyd olunub.

Bundan başqa, Putin və Mişel telefon danışığı zamanı Ukrayna münaqişəsi və Belarus-Avropa İttifaqı sərhədində miqrant böhranını ətraflı müzakirə ediblər, Əfqanıstan və Liviya problemlərinə toxunublar. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678