Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni ordusu niyə döyüş hazırlığı vəziyyətinə gətirildi?

116 Baxış

Rusiya və Ermənistan hərbi qüvvələri 24-25 noyabr tarixində birgə hərbi təlim keçirib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda hərbi hissələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, şəxsi heyət əvvəlcədən müəyyən edilmiş ərazilərdə dislokasiya olunub. Komanda və müşahidə məntəqələri yerləşdirilib.

Təlimlər aviasiya və tank bölmələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan ordusunun xüsusilə sərhəddə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsini bəzi ekspertlər Soçi görüşü öncəsi mümkün təxribata hazırlıq kimi qiymətləndiriblər. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678