Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türkiyə Böyükelçiliyinin mətbuat müşaviri Hüseyin Altınalanla görüşüb.

126 Baxış

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türkiyə Böyükelçiliyinin mətbuat müşaviri Hüseyin Altınalanla görüşüb.

Turanmedia.az xəbər verir ki,mədəniyyət Komitəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Q.Paşayeva tarixi zəfərlə bitən 44 günlük Vətən Müharibəsində, habelə Tovuz Döyüşləri vaxtında qardaş ölkə media mənsublarının Azərbaycan həqiqətlərini yüksək peşəkarlıqla yaydığına görə Böyükelçiliyin mətbuat müşavirinə təşəkkür edib: “Bilirik ki, bu işlərdə sizin də özünəməxsus zəhmətiniz, rolunuz vardır. Biz sizi müşavir tətin olunmamışdan öncədən tanıyırıq. Siz Azərbaycanı Türkiyədən seçməyən, bütövlükdə Türk dünyasının uğurları və mədəni birliyinin güclənməsi üçün çalışan aydınlarımızdansınız”.

Komitə sədri Türkiyə Böyükelçiliyinin mətbuat müşavirinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678